"TechFin" MMC (bundan sonra "HESABAT" adlandırılacaq) məxfiliyə və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlara əməl etmək öhdəliyini götürür.
"HESABAT"-dan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırkı "Məxfilik siyasəti"ndə qeyd edilən qaydada tənzimlənir.
"Məxfilik siyasəti"
www.hesabat.az portalında toplanan məlumatlara aiddir və qeydiyyatdan keçməklə, siz, "Məxfilik siyasəti"nin şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz.
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, "HESABAT" yalnız sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların "HESABAT" tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.