Məxfilik siyasəti
"TechFin" MMC (bundan sonra "HESABAT" adlandırılacaq) məxfiliyə və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlara əməl etmək öhdəliyini götürür.

"HESABAT"-dan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırkı "Məxfilik siyasəti"ndə qeyd edilən qaydada tənzimlənir.

"Məxfilik siyasəti" www.hesabat.az portalında toplanan məlumatlara aiddir və qeydiyyatdan keçməklə, siz, "Məxfilik siyasəti"nin şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz.

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, "HESABAT" yalnız sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların "HESABAT" tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.
Məlumatların qorunması

Şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik əlavələrindən istifadə edirik. Xidmətlərimizdə SSL şifrələməsini fəal şəkildə istifadə edirik. Yalnız xüsusi tapşırıqla çalışan şəxslər (məsələn, texniki dəstək və ya ödənişlərin həyata keçməsi) şəxsi məlumatlara giriş edə bilər.
Şəxsi məlumatların toplanması

Biz Sizin şəxsi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla və razılığınızla toplamağa çalışırıq, və bu bir qayda olaraq, xidmətlərdən istifadə etdiyiniz, məlumatlar və ya digər xidmətlər almaq üçün qeydiyyata düşdüyünüz və yaxud bizim suallarımıza cavab verdiyiniz zaman baş verir.

Bizim toplaya biləcəyimiz məlumatlar bunlar ola bilər: VÖEN, ad soyad və ata adınız, telefon nömrəniz, elektron poçt ünvanı, Hesab-faktura məlumatlarınız, ödəniş sənədləriniz, bank əməliyyatlarınız, Bank hesablarınız və qeydiyyatdan keçərkən və ya programdan istifadə edən zaman istənilən digər məlumatlar.
Məlumatların emalı

"HESABAT" üçüncü şəxslərə Şəxsi Məlumatları satmayacaq və bunları etmək niyyətində deyil.

İstifadəçi öz Şəxsi məlumatlarını təqdim etdikdə, Sayt, əgər başqa şərt nəzərdə tutulmayıbsa, həmin məlumatları saxlaya, sistemləşdirə, toplaya, yığa, dəqiqləşdirə, istifadə edə, müştərilərin ehtiyaclarını öyrənmək və öz məhsullarının və xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə həmin informasiyadan istifadə edə bilər.
Cookies siyasəti

Sayta daxil olduğunuz zaman istifadəçinin kompüterində müəyyən informasiyanı saxlamaq hüququnun olduğunu bildiririk.

Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü,saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır.

"HESABAT"dan istifadə edərək, siz məlumatlarınızın müəyyən edildiyi kimi sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırki Məxfilik siyasətində göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksiyonallığını itərə biləcəyini nəzərə almağınızı xahiş edirik.

Saytın cookie emalını qəbul etmək istəməyən ziyarətçilər, brauzerlərini (veb-səyyahlarını) buna görə sayta girməmişdən öncə konfiqurasiya etməlidirlər.
Dəyişikliklər

Dəyişikliklərin çox gec və az həcmdə olmasına baxmayaraq, "HESABAT" Məxfilik Siyasətinə dəyişikliklər etmək hüququnu özündə saxlayır və bu tamamilə "HESABAT"ın səlahiyyətindədir.
Məsuliyyət

Daxil etdiyiniz hər-hansı bir səhv məlumata görə "HESABAT"da hazırlanan sənədlərin (hesabatlar,İnvoyslar, Xərc sənədləri, ödəniş tapşırıqları, bank hərəkəti və s.) düzgünlüyünə "HESABAT" məsuliyyət daşımır.

Yalnız bütün məlumatlar doğru şəkildə proqrama daxil edildiyi zaman maliyyə hesabatlarınız düzgün təqdim edilə bilər.
Tariflər
Bir illik ödəniş zamanı 30% daha sərfəli
Aylıq abunə
359.88 AZN 251.92 AZN
Limitsiz istifadəçi
Limitsiz e-hesab faktura
Bankla inteqrasiya

29.99 AZN
Limitsiz istifadəçi
Limitsiz e-hesab faktura
Bankla inteqrasiya

kart ilə ödənişdə 3 aylıq abunə hədiyyə
Hesabat.Az © Techfin MMC. Bütün hüquqlar qorunur.