HESABAT: özündə mühasibatın onlayn aparılması, invoysların hazırlanması və müştərilərə göndərilməsi, maliyyə hesabatlarının hazırlanması, müxabirləşmələrin edilməsi, bank əməliyyatlarınn hərəkətini, müştəri əlaqələrinin idarə edilməsi, mühasibatla bağlı bütün əməliyyatların başlanmasından bitməsinə qədər bütün mərhələlərini, həmçinin, müştərilərlə bağlı məlumatları, onlar haqqında qeyd və tapşırıqları, işçilər haqqında məlumatları, onların fəaliyyətini, nömrə və e-maillərini, banklara dair məlumatları, fayl və sənədləri, Sizin və şirkətinizin fəaliyyətini ehtiva edən proqram təminatı və digər xidmətlər paketidir
İstifadəçi və ya Siz: dedikdə, "HESABAT"a qoşulmuş və təqdim olunmuş xidmətlərdən bəhrələnən hər bir istifadəçi nəzərdə tutulur
Fərdi məlumatlar: şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat
İnternet səhifəsi:
www.hesabat.az Mobil tətbiq (əlavə): "Hesabat" adı altında App Store və Play marketdən yüklənmiş mobil əlavə
Qeydiyyat: Şəxsi məlumatları daxil edərək və bu Qaydalar ilə razılaşaraq, "HESABAT" sistemindən istifadəyə imkan verən qeydiyyat prosesi
Profil: Sizin barədə bütün məlumatları əks etdirən və "HESABAT"dan istifadə etməyə imkan yaradan profiliniz
Hesab: Sizin tərəfinizdən "HESABAT"a dair ödənişlər etməyə şərait yaradan elektron sistem
Tarif: "HESABAT"dan istifadəyə görə müstəsna olaraq Biz tərəfdən müəyyən olunan ödəniş məbləğləri və üsulları
NƏ BARƏDƏ? Bu Qaydalar "HESABAT"dan istifadə qaydalarını və şərtlərini müəyyən edir, Sizinlə bizim aramızda olan hüquqi münasibətləri tənzimləyir və bizim məhsullar ilə əlaqəli olan bir sıra suallarınızı cavablandırır.
"HESABAT"dan İSTİFADƏ QAYDALARI
Qeydiyyat. "HESABAT"dan istifadə etmək üçün ilk öncə Siz internet səhifəmiz vasitəsi ilə Qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan sonra Sizin üçün fərdi Profil və Hesab yaradılacaq və Siz müstəqil olaraq Profilinizə məlumatları əlavə edə və Hesaba girişi idarə edə bilərsiz. Hesabınızdakı istifadəçilərin sayı Sizin lisenziyanızın növü əsasında müəyyən edilir.
Qeydiyyat zamanı təqdim olunan məlumatların dolğunluğunu və mütəmadi olaraq yenilənməsi öhdəliyini Siz daşıyırsız. Əgər yanlış məlumat vermiş olsanız və ya verilən məlumatların tamamlanmamış və ya etibarsız hesab edilməsinə əsas varsa, "Hesabat" profilinizi öz qərarı ilə məhdudlaşdırmaq, silmək və\və ya həmçinin "HESABAT"dan istifadənizi qadağan etmək hüququna malikdir.
Login və Şifrə. Daxil olduğunuz zaman Siz şifrə və parol sahibi olacaqsınız. Biz müəyyən loqinlərin istifadəsini qadağan edə, həmçinin giriş və şifrə (uzunluq, qüvvədə olan simvollar və s.) üçün tələblər qoya bilərik.
ŞİFRƏ VƏ PAROLUNUZ MÜHÜM VƏ MƏXFİ MƏLUMATDIR. ONUN MƏXFİ SAXLANILMASI ÖHDƏLİYİ SİZİN ÜZƏRİNİZDƏDIR. SİZ "HESABAT"DAN İSTİFADƏ EDƏRƏK ÖZ HƏRƏKƏT/HƏRƏKƏTSİZLİKLƏRİNİZƏ (ONLARIN NƏTİCƏLƏRİNƏ) GÖRƏ, HƏR HANSI ŞƏRTLƏRLƏ ÜÇÜNCÜ ŞƏXSLƏRİN PROFİLİNƏ DAXİL OLMAQ (HƏMÇİNİN, MÜQAVİLƏ VƏ YA RAZILAŞMA OLDUĞU HALDA BELƏ) ÜÇÜN MƏLUMATLARIN MƏXFİLİYİNƏ RİAYƏT EDİLMƏMƏSİNƏ GÖRƏ MÜSTƏQİL ŞƏKİLDƏ CAVABDEHLİK DAŞIYIRSINIZ.
Siz Profilinizə girişin məhdudlaşdırıldığını və /və ya şifrənizin konfidensiallığının pozulduğunu güman etsəniz bu barədə Bizi dərhal xəbərdar etməlisiniz. Sizin cəld reaksiyanız təhlükəsizlik tədbirlərimizin səmərəliliyini dəfələrlə artırır. Həmçinin, təhlükəsizlik tədbiri olaraq, "HESABAT" ilə işin hər bir sessiyasının sonunda öz Profilinizdən müstəqil şəkildə çıxışı ("çıxış" düyməsi vasitəsilə) həyata keçirməyiniz tövsiyə olunur. Əks halda, "Hesabat" məlumatların itirilməsinə, həmçinin, baş verə biləcək istənilən xarakterli digər arzu olunmaz nəticələrə görə məsuliyyət daşımır.