Bloq yazıları

Onlayn mühasibat proqramı nə deməkdir? (III hissə)

Onlayn mühasibat proqramı
II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Təhlükəsiz mübadilə


Sizin istifadəçilər və onların onlayn mühasibat uçotuna giriş səviyyəsi üzərində tam nəzarətiniz var. Siz oxumaq üçün yalnız öz biznesinizin potensial alıcısına, bank işçisinə giriş imkanı verə bilərsiniz və ya redaktə etmək üçün öz mühasibinizə və ya ştatdankənar mühasibə tam giriş təqdim edə bilərsiniz.

Daxili inventar


Bu, onlayn mühasibat proqramının ən başlıca özəlliklərindən biridir. Müştərilər onlayn mühasibat proqramında texniki və bahalı əlavələrə ehtiyac olmadan tam quraşdırılmış bir inventardan zövq alırlar. Qiymətin kiçik bir hissəsinin ödənişi ilə proqramın istifadəçiləri elektron kommersiyadan tutmuş istehsala, franşiz, pərakəndə ticarət, inventar və xidmətlərə qədər bir sıra biznes-tələbatları ödəyən etibarlı inventar izləmə funksiyasından istifadə edirlər.

Biz şirkətlərin xidmət təklif etdiyi bir dövrdə yaşayırıq. Bizim təcrübəli müştərilərimizin əksəriyyəti təkliflərini öz xidmət komponentlərindən yaratmaq və marjaların uçotunu hesablamaq üçün ehtiyatlardan istifadə edirlər.

Biz həmçinin təkrar ödəmələr, illik yeniləmələr və daha çox tələb olunan abunə tipli məhsul və ya xidmətlər təklif etdiyiniz zaman abunə iqtisadiyyatını da dəstəkləyirik.



İşinizin aspektlərini izləyin


Müəyyən bir mürəkkəblikdə olan müəssisələr (istehsal şirkətləri, franşizlər, tikinti şirkətləri, onlayn şirkətlər, kafe və ərzaq şəbəkələri və digərləri) Onlayn mühasibat proqramı içərisində həyati hesab etdikləri hər şeyi izləyə bilərlər. Vəzifələrdən (və onların maliyyə baxımından necə işlədiyini) bölmələrə, yerləşdiyi yerə və bir çox digər şeylərə qədər.

Ən əsası, heç nə qaranlıq qalmasın deyə və hər şeyin, biznesin hər bir aspektinin real vaxt rejimində necə işlədiyini görməkdir.

İdarə olunan ehtiyat surətlər


Bundan sonra heç vaxt mühasibat faylının ehtiyat nüsxəsini yaratmayın. Bulud texnologiyası insanların ehtiyat nüsxələnmə üsulunu tamamilə dəyişdirib. Onlayn mühasibat proqramı ehtiyat nüsxələr etmək zərurətindən xilas edir. Sizin məlumatlarınızı bir neçə serverə kopyalayırıq. Onlayn mühasibat proqramı həmçinin sənədləri yükləməyinizə və əməliyyat məlumatlarını ixrac etməyinizə imkan verir. Əgər onlar sizə nə vaxtsa lazım olarsa, öz şəxsi məlumat dəstinizi mühafizə edib saxlaya biləsiniz.

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun