Bloq yazıları

Onlayn mühasibat uçotu: yeni başlayanlar üçün təlimat (III hissə)

Onlayn mühasibat uçotu: yeni başlayanlar üçün təlimat (III hissə)

II hissəyə nəzər yetirin


Mühasibat uçotu üzrə masaüstü proqram təminatından onlayn-uçota keçid barədə düşünürsünüz? Yaxud siz sadəcə bulud uçotunun necə işlədiyini bilmək istəyirsiniz? Yeni başlayanlar üçün onlayn mühasibat uçotu ilə bağlı təlimat, onun sizə uyğun olub-olmadığına qərar verməyiniz üçün lazım olan hər şeyi təqdim edir.


Onlayn proqramlarda yaxşı olan nədir?

“Digital First” bir neçə səbəblərə görə masaüstü proqram təminatı ilə müqayisədə onlayn mühasibat uçotu üçün proqram təminatına üstünlük verir.

onlayn proqram təminatı, proqram təminatı, onlayn mühasibat uçotu,


Bunlardan ən əhəmiyyətlisi aşağıdakılardır: biz internetin gücünün məhsuldarlıqda böyük sıçrayışlar etmək üçün istifadə edən biznesdən ötrü proqram təminatının güclü inkişafının şahidi oluruq. Bütün bu innovasiyalar demək olar ki, müstəsna olaraq, onlayn proqram təminatı ilə baş verir.


Yeni proqram təminatı dünyasına baş vura bilən biznes sahibləri əllərinin altında yeni texnologiyalar olduğunu aşkar edəcəklər. Onlar internetə bağlı olan istənilən smartfon və ya planşetdən öz əməliyyatlarını yerinə yetirə biləcəklər.

Öncədən qeyd etmək lazımdır ki, etibarlı internet-bağlantı vacibdir. Onlayn biznes üçün proqram təminatı təyyarədə (Wi-Fi olmadan) işləməyəcək, eləcə də əgər sizin internet-bağlantınız qeyri-adi dərəcədə zəifdirsə və ya etibarlı deyilsə, bu da bir əngələ çevrilə bilər.

Bu təlimatın onlayn mühasibat uçotu üçün proqram təminatı mövzusuna həsr olunmasına baxmayaraq, bir çox mövzular ümumilikdə onlayn biznes üçün proqram təminatına da tətbiq oluna bilər.

Bu təlimat (əslində, missiya Digital First) biznes üçün proqram təminatından daha yaxşı istifadəyə təşviq etmək məqsədi daşıyır.


onlayn proqram təminatı, proqram təminatı, onlayn mühasibat uçotu,

"Excel"dən istifadədə səhv nədir?

Bir çox biznes sahibləri öz qəbzlərini və satışlarını elektron cədvəldə həyata keçirirlər. Nəhayət, “Excel” praktiki olaraq pulsuzdur, çünki demək olar ki, hamı “Microsoft Office”dən istifadə edir. Bu, hobbi və ya işgüzar aktivliyi izləmək üçün normaldır.

Mühasibat proqram təminatı elektron cədvəllərin bir əsas səbəbdən əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasıdır. Bu, yalnız vergi xidməti tərəfindən istifadə olunan tarixi bir qeyd deyil. Bunun əvəzinə, biznes sahibi mühasibat proqramından öz biznesinin effektivliyini yoxlamaq və artırmaq üçün bir vasitə kimi istifadə edə bilər.

Masaüstü mühasibat uçotu üçün proqram təminatı artıq bunu edə bilərdi, lakin, onun mühasiblərə yönəlik dizaynı biznes sahiblərinin onun potensialını nadir hallarda dərk edə bilirdilər. Onlayn mühasibat uçotu üçün proqram təminatı bunu dəyişir.

Bu təlimat onlayn mühasibat proqramının necə işlədiyini və demək olar ki, istənilən bir iş üçün niyə yaxşı bir ideya olduğunu başa düşməkdən ötrü çox vacibdir.