Bloq yazıları

Qənaət etməkdə sizə kömək edə biləcək "onlayn mühasibat proqramı"

Qənaət etməkdə sizə kömək edə biləcək "onlayn mühasibat proqramı"
"Onlayn mühasibat proqramı" fərdi və kiçik müəssisələrin fəaliyyətinin tam uçotunun aparılmasına imkan verən xüsusi bir xidmətdir. Mühasibatın aparılmasının bu üsulu, öz maliyyələri ilə nə baş verdiyini bilmək istəyən və buna bir az vaxt ayırmağa hazır olan biznesmenlər arasında xüsusilə məşhurdur. Bizim fikrimizcə, onlayn mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəlidir. Niyə? İndi bu barədə danışacağıq.

"Onlayn mühasibat proqramı" – bu çox sadədir
Əgər siz öz mühasibatınızı onlayn-servisdə aparırsınızsa, bundan ötrü sizə xüsusi mühasibat biliklərinə malik olmaq lazım deyil.Həmçinin sizə hər bir vergi rejiminin xüsusiyyətlərini öyrənmək də lazım gəlməyəcək, belə ki, öz vergi sisteminizi özünüz seçəcək və uçotu da yalnız ona uyğun hesabatlarda aparacaqsınız.
"Onlayn mühasibat proqramı" adi qeyri-peşəkar istifadəçilər üçün hazırlanır, buna görə də onlar üçün xarakterikdir:

• sadə və anlaşıqlı interfeys;
• sənədlərin avtomatik doldurulması;
• göstəişlər və doldurulma nümunələri;
• göndərilməzdən əvvəl hazırlanmış hesabatın yoxlanılması;
• istifadəçi təlimatı;
• tez-tez verilən suallara cavablar və dəstək xidmətinin yardımı;
• hesabatların verilməsi, vergilərin ödənilməsi və digər mühüm hadisələr haqqında xatırlatmalar;
• yaddaş materiallarnın mövcudluğu;
• uçot və sahibkarlıq fəaliyyətinin aparılması sahəsində xəbərlər.

Sizə danışmaq istədiyimiz onlayn-xidmət 1C:Sahibkar adlanır, lakin, bu heç də o demək deyil ki, o yalnız fərdi sahibkarlığa uyğun gəlir. "Onlayn mühasibat proqramı" şirkətlər üçün də həm çox sadə, həm də yararlıdır. Əgər təşkilatın rəhbəri və ya fərdi sahibkar mühasibatın aparılması üzrə əsas funksiyaları hər halda öz əməkdaşına və ya kənar icraçıya vermək istəyirsə, bunun üçün də belə bir maraqlı imkan var.
İstənilən halda, onlayn mühasibatı aparmaq kurslarda uçotun öyrənilməsindən, sonra isə onu sınaq və səhv metodla öz biznesinizə tətbiq etməkdən daha asandır.

"Onlayn mühasibat proqramı" – bu, çox rahatdır
Öz məlumatlarınıza istənilən vaxt və internetə qoşulmuş istənilən qurğudan giriş – bu, onlayn-xidmətin aşkar üstünlüyüdür, o səbəbdən diqqətinizi bu məqama yönəltməyəcəyik. Sahibkarın funksionallığını bilmək daha maraqlıdır, çünki xidmətin imkanları yalnız vergi və mühasibat uçotu ilə məhdudlaşmır.

İşçilərin bütün məlumatları əlinizin altındadır: işə qəbul, işdən çıxarma, əməkhaqqının hesablanması və ödənilməsi, hesabatlılıq və hətta əməkhaqqı xərclərinin təhlili. Proqramdan çıxmadan, siz həmçinin satış və alış-veriş, anbar, bank və kassa üzrə vəsaitlərin hərəkəti, kontragentlərlə hesablaşmalar və s. üzrə bütün məlumatları öyrənəcəksiniz.

Faktura vermək və ödəmək, qaimə vermək, hesablaşmaların uzlaşdırılması aktını tərtib etmək, müqavilə şablonunu hazırlamaq, ödəniş tapşırığını doldurmaq – bütün bunlar da 1C:Sahibkarın xidmət imkanlarıdır. Proqramda keçirdiyiniz istənilən əməliyyat bütün əlaqədar sənədlərdə dərhal göstəriləcək, yəni, malların, pul vəsaitlərinin, borc məbləğlərinin qalıqları dəyişəcək. Yalnız “keçirmək və bağlamaq” düyməsini basmaq yetərlidir.

İdarəetmə uçotunun aktual məlumatlarına daimi daxil olmaq istəyən rəhbərlər üçün xüsusi nişan yaradılmışdır ki, burada biznes üçün ən vacib məlumatlar əks olunur:

• aylar üzrə kontragentlər, malların nomenklaturası üzrə satış həcmi;
• borclu alıcılrın dinamikası;
• tədarükçülər qarşısında borc;
• malların dövriyyəsi və anbar qalıqları;
• gəlirlər və xərclərin təhlili;
• ödəniş cədvəli.

Razılaşaq ki, belə geniş funksiyaya çıxış əldə etmək həqiqətən rahatdır və onun köməyi ilə mühasibatın aparılması sizdə çox vaxt aparmayacaq.