Bloq yazıları

Bulud mühasibatı kimlərə kömək edir?

Onlayn xidmətlər”, “bulud mühasibatı” – bu anlayışlar, bizim həyatımıza lap yaxın vaxtlarda daxil olmalarına baxmayaraq, artıq biznes mühitində öz mövqelərini möhkəmlətmişlər.

Bulud mühasibatı, mühasibat proqramının virtual “ümumi” serverdə quraşdırılmasını nəzərdə tutur. Belə bir serverdə proqramdan istifadə edənlər, ona görə ödəniş edirlər. Buna görə də, bu variant əgər proqram kompüterə bir distryubitordan və ya şəxsi serverdən quraşdırılıbsa, daha ucuz başa gəlir. Ona görə, bulud mühasibatı yeni başlayan iş adamları və kiçik təşkilatlar arasında populyardır.

Ümumilikdə, kiçik müəssisələr üçün onlayn rejimdə mühasibat proqramları alıcılara ilkin sənədləri hazırlamağa, vergilər nəzərə alınmaqla maaşları hesablamağa və mühasibat və vergi hesabatlarını yaratmağa kömək edəcəkdir.

Siz onlayn mühasibat proqramından təkcə iş yerinizdə, iş kompüterinizə bağlı olaraq deyil, həm də evdən istifadə edə bilərsiniz ki, bu da eyni zamanda bir neçə təşkilatda uçot işlərini aparan mühasiblər üçün çox əlverişlidir. İnternetə qoşulma kifayətdir və iş yeri ev şəraitində artıq hazır olur.

Lakin elə burada bulud mühasibatının ən böyük çatışmazlığı gizlənir: əgər internet bağlantısı yoxdursa və ya əlaqə qeyri-sabitdirsə, işləmək sadəcə mümkün olmayacaq. Həmçinin brauzerlərin vaxtında yenilənməsini izləmək lazımdır, çünki köhnəlmiş versiyalarda məlumatların yanlış əks olunması ehtimalı var.