Bloq yazıları

Mühasibat uçotu və maliyyədə süni intellekt

Mühasibat uçotu və maliyyədə süni intellekt

Hər bir sənayedə olduğu kimi mühasibat uçotunda da süni intellektin əhəmiyyətli təsiri vardır. Vaxta və pula qənaət etmək və informasiyanın təqdimatı ilə yanaşı süni intellektlə işləyən mühasibat uçotu və maliyyə sistemləri – bunlar, onun köməyilə maliyyə sahəsində peşəkarların və onların şirkətlərinin rəqabət qabiliyyətli qalmaları və növbəti nəsli əməkdaşlar və müştərilər qismində cəlb etmələrindən ötrü bir üsuldur. 

Əgər siz xərcləri 80 faiz, tapşırıqların yerinə yetirilməsindən ötrü lazım olan vaxtı 80 və ya 90 faiz azalda bilsəydiniz, bu sizə maraqlı gələ bilərdimi? “Accenture Consulting” şirkətinin fikrincə, robotlaşdırılmış proseslərin avtomatlaşdırılması maliyyə xidmətləri sənayesi üçün belə nəticələrə gətirib çıxaracaq.

Mühasibat firmalarının və maliyyə mütəxəssislərinin müştərilər tərəfindən tələb olunacaq xidmətləri təmin edə bilmələri və biznesdə digər peşəkarlarla rəqabət aparmalarından ötrü onlar süni intellektdən istifadə etməyə başlamalıdırlar.

Bulud uçotunun tarixi


Mühasiblər və maliyyə mütəxəssisləri üçün süni intellektin üstünlükləri

Yeni texnologiyalar insanların hər bir sənaye sahəsində işləmə tərzini dəyişir. Bu, həmçinin şirkətlərlə işləyərkən müştərilərin gözləntilərini də dəyişir. Eyni şey mühasibat uçotuna da aiddir.

Süni intellekt mühasiblərin daha məhsuldar və səmərəli olmalarına kömək edə bilər. Tapşırıqlara sərf olunan vaxtın 80-90 faiz azaldılması, peşəkar mühasib-mütəxəssislərə öz müştərilərinə məsləhət vermək üçün daha çox zaman ayırmağa imkan verəcək.

Mühasibat əməliyyatlarına süni intellektin əlavə edilməsi keyfiyyəti də artıracaq, çünki səhvlər azalacaq.

Mühasibat firmaları öz təcrübələrinə süni intellekt tətbiq etdikdə, şirkət milleniallar və Z nəslindən olan peşəkarlar üçün işəgötürən və xidmət provayderi kimi daha cəlbedici olurlar.

Bu insan qrupları texnologiyalar arasında böyüyüb və onlar potensial işəgötürənlərdən nəinki çevik iş cədvəlini və məsafədən çalışmaq üçün iş seçimlərini dəstəkləyəcək, həm də onları maşınların yerinə yetirmək üçün daha uyğun gəldiyi cansıxıcı gündəlik işlərdən azad edəcək ən son texnologiyalara və yeniliklərə sahib olmasını gözləyəcəklər.

Müştərilər olaraq, milleniallar və Z nəsli onları təmin edə biləcək xidmətlərə əsaslanaraq, kiminlə biznes işləri apara biləcəklərini müəyyənləşdirəcəklər.


Getdikcə daha çox mühasibat firmaları süni intellekti tətbiq etdikcə, onlar avtomatlaşdırmanın sayəsində mümkün olmuş analitik məlumatları təqdim edə biləcəklər, halbuki bu texnologiyalara inanmayanlar və sadiq olmayanlar isə rəqabət apara bilməyəcəklər.

Həmçinin, qabaqcıl şirkətlər süni intellekt təlim modulu ilə mühasibat proqramlarını icarəyə verə bilər və bundan əlavə qazanc əldə edə bilərlər.

Proseslərin robotlaşdırılması (RPA) süni intellektli maşınlara biznes proseslərində mühasibat uçotunda hədsiz çox olan sənədlərin təhlili və emalı kimi təkrarlanan, vaxt aparan tapşırıqları yerinə yetirməyə imkan verir. RPA-nın tətbiqi ilə mühasiblərin əvvəllər bu tapşırıların yerinə yetirilməsinə sərf etdikləri vaxt indi daha yaradıcı işlər üçün əlçatan olur.

İntellektual avtomatlaşdırma (IA) – bu, RPA -nın daha mürəkkəb versiyasıdır. Süni intellekt müştərilərlə qarşılıqlı əlaqənin nəzərdə tutulan mənasını anlamaq və fəaliyyətlərə uyğunlaşmaq üçün böyük verilənlər bazasından istifadə etmək kimi bir çox yollarla insanla qarşılıqlı əlaqəni təqlid edə bilər. Mühasibat işlərində RPA və intellektual avtomatlaşdırmanın bir çox tətbiqləri vardır.

Süni intellekt maliyyə məsələlərinin vəziyyəti haqqında real vaxt rejimində müntəzəm olaraq məlumatları təqdim edə bilər, çünki o, təbii dil emalından və kompüter görmə qabiliyyətindən istifadə edərək, sənədləri hər zamankindən daha sürətli emal edə bilir ki, bu da gündəlik hesabatların hazırlanmasını hər zaman olduğundan daha tez mümkün edir və həm də bu, ucuz başa gəlir.

Əgər məlumatlar əlverişli olmayan tendensiyalar göstərirsə, bu anlayış şirkətlərə təşəbbüslər irəli sürməyə və kursu korrektə etməyə imkan verir.


Süni intellekt texnologiyasının köməyilə sənədlərin avtomatlaşdırılmış avtorizasiyası və emalı satınalmalar, hesab fakturaları, tədarük sifarişləri, xərc hesabatları, kreditor və debitor borcları və bir çox digər məsələlər daxil olmaqla bir neçə mühasibatdaxili prosesləri yaxşılaşdıracaq.

Mühasibat uçotunda riayət edilməli olan bir çox daxili korporativ, yerli, dövlət və federal qaydalar mövcuddur. Süni intellektə əsaslanan sistemlər auditin dəstəklənməsinə və müvafiq tələblərə cavab verməsinə kömək edir, sənədlərin qayda və qanunlara uyğunluğunu izləmək və problemlərin olduğu yerləri qeyd etməyə imkan verir.

Fırıldaqçılıq şirkətlərə hər il ümumilikdə milyardlarla dollar məbləğə başa gəlir, maliyyə xidmətləri təqdim edən şirkətlər isə hər fırıldaqçılıq dolları üçün 2,92 dollar xərc çəkir.

Maşın öyrənmə alqoritmləri potensial fırıldaqçılıq problemlərini və ya şübhəli fəaliyyəti müəyyən etmək üçün çoxlu məlumatı tez bir zamanda yoxlaya bilir və növbəti dəfə belə səhvlərin təkrarlanmaması üçün onları nişanlaya bilər. Əks halda adamlar tərəfindən buraxılan səhvlər təkrarlana bilər.

"Onlayn mühasibat proqramı" nədir?


İnsan düşüncəsinin dəyişməsi

Görünür, süni intellektin mühasibat uçotuna daxil edilməsinə yeganə maneə insanların dəyişikliklər prosesinə cəlb edilməsidir.

Boston Consulting Group və MIT Sloan School of Management tərəfindən aparılan araşdırmaya görə, rəhbər işçilərin təxminən 85%-i süni intellektin onların şirkətlərinə rəqabət üstünlüyünü əldə etməyə və ya saxlamağa kömək edəcəyini başa düşürlər.