Bloq yazıları

Bulud texnologiyaları nədir? (V hissə)

bulud xidmətləri, bulud həlləri, Bulud texnologiyaları, Bulud texnologiyası, Bulud uçotu,
Bulud texnologiyaları nədir? (V hissə)

IV hissəyə nəzər yetirin


"PaaS" – xidmət platforması – inkişaf etdiricilər üçün uyğun gəlir. Müəyyən həcmdə resurslar – operativ yaddaş, disk anbarı, mərkəzi prosessor satın almaqla – siz buludda kompüter əldə edirsiniz. Burada siz istənilən proqram təminatını qura, sazlaya və əlavə edə bilərsiniz.

Platformalar iri xidmət təminatçıları tərəfindən təmin edilir, bunun sayəsində virtual kompüteriniz tez və sabit işləyəcək. Üstəlik, gələcəkdə lazım ola biləcək resursların həcmini dəqiq müəyyənləşdirmək lazım deyil. Əgər miqyası genişləndirmək zərurəti yaranarsa, bunu buludda asanlıqla yerinə yetirmək mümkündür.

Bir çox provayderlər, yalnız istifadə olunan mənbələr üçün ödədiyiniz tarif planlarını təklif edir: yaddaş, diskdə yer və əməliyyatların sayı.

Bu xidmət növü ən çox orta və böyük biznesə uyğun gəlir: birdən çox virtual server, məsələn, serverlər qrupu yaratmaq üçün və ciddi əlavələri işə salmaqdan ötrü, böyük resurslar lazımdır, hansı ki, buna görə ödəniş etmək lazım gələcək.

Şirkət bütün komponentləri özü qurduğundan, bununla məşğul olacaq mütəxəssislərdən ibarət bir heyət işə götürmək lazımdır. 

bulud xidmətləri, bulud həlləri, Bulud texnologiyaları, Bulud texnologiyası, Bulud uçotu,

Biznes üçün xidmət nümunələri:


• hesablama gücləri;
• əlavələr hostinqi;
• məlumatlar bazası;
• məlumatlar anbarı.

Bu istiqamətdə ən məşhur xidmət təchizatçıları bunlardır: "Amazon Web Services", "Windows Azure", "Google Cloud Platform".

"IaaS" – infrastruktur xidmət kimi – bir serveri icarəyə götürmək deməkdir: fiziki, virtual və ya hətta virtual data-mərkəz kimi. Bu variant təcrübəli IT-mütəxəssisləri, ya da ştatında bu cür mütəxəssilər olan şirkətlər üçün daha uyğundur.

Xidmət provayderi işi və virtuallaşdırma proqramlarının sabit fəaliyyətini təmin edir. Siz konfiqurasiya edilmiş bir server alırsınız və idarəetməyə giriş əldə edirsiniz, eləcə də hər hansı bir əməliyyat sistemi, proqram və onları müstəqil şəkildə idarə etmək hüququnu əldə edirsiniz.

Əgər server nə vaxtsa sizə uyğun gəlməzsə, avadanlığa yönəlik məsrəflərə görə heç bir narahatlıq keçirmədən, onu həmişə bir başqası ilə əvəz edə bilərsiniz.

"IaaS" xidmətlərini hostinq-provayderlər təqdim edirlər.