Bulud uçotu ideyası 2006-cı ildə Yeni Zelandiyada "Xero" ilə birlikdə meydana çıxıb ("Xero" Avstraliya fond birjasında qeydiyyatdan keçmiş Yeni Zelandiyanın ictimai texnologiya şirkətidir. "Xero" kiçik və orta biznes üçün bulud mühasibat proqram platformasıdır). "Xero" platforması həmişə bulud mühasibatlığı həlli olub. O, mühasibat proqramının ənənəvi masaüstü versiyasını heç vaxt nə inkişaf etdirib, nə də satıb.
"Xero" Yeni Zelandiyada çox sürətlə inkişaf etdi, sonra isə Avstraliyaya ayaq basdı. Bulud həlləri hazırda Yeni Zelandiya və Avstraliyada bazarın böyük bir payına sahibdir. Sonra "Xero" Böyük Britaniyaya hədəfləndi və bazarda payı ələ keçirməkdədir. Bu yaxınlarda isə "Xero" Kanada və ABŞ bazarına istiqamət götürməyə başlayıb.
Bulud əsaslı mühasibat həlləri bazarda nə qədər çox müddət ərzində mövcuddursa, ümumi və xüsusən də müəyyən bir yurisdiksiyaya görə daha çox funksiyalar əlavə edir. Ümumilikdə, sözügedən əlavə bazarda nə qədər uzun müddətdə mövcuddursa, konkret tələbatları təmin etməkdən ötrü bir o qədər kənar üstquruluşlar mövcud olur.
"QuickBooks" masaüstü mühasibat proqramları da uzun bir tarixə malikdir. Yeni Zelandiya və Avstraliyada inkişaf etdirilən bu yeni proqram kateqoriyasını gördükdən sonra Şimali Amerika da daha uzun bir tarixə və bazar payına sahib olan "QuickBooks Online" adlı öz bulud əsaslı mühasibat proqramını təqdim etdi.
"Sage", "Sage 50" ("Simply Accounting") masaüstü mühasibat həllinin hazırlanması Böyük Britaniyada başlayan "Sage One" adlı bulud təklifi ilə tamamladı.
Böyümə mərhələsində olan hər hansı bir bazarda olduğu kimi "Wave", "Zohobooks" və başqaları kimi bir çox startaplar var, hər biri də həmin bazarda öz yerini tapır.