Bloq yazıları

Onlayn mühasibat proqramı - üstünlük və çatışmazlıqlar (II hissə)

Onlayn mühasibat proqramı barədə, Onlayn mühasibat proqramı,
Onlayn mühasibat proqramı

I hissəyə nəzər yetirin


Onlayn mühasibat proqramı - üstünlüklər

3. Heç nəyi yükləmək və tətbiq etmək lazım gəlmir


Əvvəlcə internetdə axtarıb tapmaq, sonra onları yükləmək və tətbiq etmək lazım gələn mühasibat proqramları bir qayda olaraq, kompüterdə çox yer tutur və kompüterin gücünü zəiflədir. Həm də ola bilsin ki, o proqramlar zəif kompüterlərdə çətin ki, lazımi səviyyədə işləsin.

Onlayn mühasibat proqramında isə siz bu sarıdan heç bir həyəcan keçirməyəcəksiniz. Onlayn xidmətlər sizin kompüterinizin gücünü zəiflətməyəcək və sərt diskin yaddaşında çox yer tutmayacaq – bütün hərəkətlər yalnız serverlərin gücü və imkanları hesabına baş verəcək. Siz hətta bunu hiss etməyəcəksiniz və heç nə olmamış kimi işləməkdə davam edəcəksiniz. Məlumatlar bir kompüterdə mühafizə olunduğu halda isə, əgər sizin kompüteriniz sıradan çıxarsa, itə bilər. Düzdür, onları bərpa etmək mümkündür və bu realdır. Lakin istənilən halda bu proses uzun çəkir və elə də sadə məsələ deyil.



4. Heç bir üçüncü şəxs sizin məlumatları servisdən çıxara bilməz 


Sizin yazdığınız bütün rəqəmlər şifrəli formada müxtəlif serverlərdə mühafizə olunacaq. Məlumatları oğurlamaq üçün xidmətin necə təşkil edildiyini və necə işlədiyini öyrənmək məqsədilə tam bir araşdırma aparmaq lazımdır. Ancaq bu vəziyyətdə də, hər hansı bir həqiqi rəqəmləri əldə etmək və hətta onların nə demək olduğunu demək olar ki, deşifrə etmək belə, mümkün deyil. Onu etməyin yeganə üsulu – sizin login və parolunuzdan istifadə etməkdir. Lakin siz təbii olaraq belə şeylərin kənar şəxslərə bildirilməməsini, eləcə də olduqca ehtiyatlı olmaq lazım gəldiyini başa düşürsünüz.

5. Az xərclər


Quraşdırma tələb edən ixtisaslaşmış proqramlardansa, daha çox onlayn mühasibat xidmətlərindən istifadə etmək həmişə ucuzdur. İstənilən bir onlayn xidməti inkişaf etdirmək və texniki dəstəyi təmin etmək, quraşdırıcı üçün daha az əmək tələb edir. Buna görə də istifadəçi üçün maddi cəhətdən daha sərfəlidir.



6. Mobil versiyaların mövcudluğu


Mühasibat xidmətlərinin əksəriyyəti mobil versiyaya malikdir. Bu, yanınızda heç bir kompüterin olmadığı hallarda təcili olaraq hər hansı bir məlumata baxmaq üçün çox rahatdır. Xidmətlərin mobil versiyaları mobil cihazlardan və nisbətən kiçik ekranlardan məlumatların baxılmasına uyğunlaşdırılır.

7. Praktiki olaraq, istənilən bir şəxs üçün əlçatandır


Əgər müəssisəniz kiçikdirsə və siz özünüz peşəkar mühasib deyilsinizsə, amma, rəqəmlərlə az da olsa dostluq edirsinizsə, onda çox asanlıqla onlayn xidmətlərin parametrlərini və prinsiplərini müstəqil şəkildə başa düşə biləcəksiniz. Bütün bunlar real insanlara kömək edə biləcək ətraflı təlimat və dəstək xidmətlərinə malikdir.

8. Səhvə minimal yol vermə ehtimalı


Canlı mühasib sadəcə laqeydlik və ya yorğunluq səbəbi ilə hesablamalarda və ya hesabatlarda səhv edə bilər. Onlayn xidmət, mahiyyət etibarilə yalnız proqramlaşdırılmış alqoritmlərə əsaslanaraq işləyən bir maşındır. Öz-özlüyündə bu xidmət səhvə yol verə bilməz.

III hissəyə nəzər yetirin