Bloq yazıları

Onlayn mühasibat proqramı - üstünlük və çatışmazlıqlar (I hissə)

Onlayn mühasibat proqramı barədə
Onlayn mühasibat proqramı

Mühasibatın aparılması istənilən biznesdə ən vacib və ən mürəkkəb proseslərdən biridir. Yaxşı mühasiblər bütün dövrlərdə layiqincə qiymətləndiriliblər. İlkin zamanlarda mühasibat kağız üzərində qurulmuşdu – əllə yazılmış bütün uçot məlumatları topa-topa dəstlənərək seyflərdə mühafizə olunurdu. Sonrakı dövrdə mühasibləri fərdi kompüterlərin arxasında əyləşdirdilər və onlara mühasibat uçotu üzrə xüsusi proqramları öyrətdilər.

Amma indi gündəlik həyatın bir çox halları kimi bizneslə bağlı əksər işlər internet şəbəkələrinə köçürülüb. Mühasibat da bu məsələlərdən kənar qalmayıb – bütün mühasibat əməliyyatlarını onlayn şəkildə həyata keçirməyə imkan verən xüsusi internet-servislər ortaya çıxıb. Bir çox şirkətlər artıq belə xidmətlərdən istifadə edirlər. Bəzi şirkətlər isə hələ də buna şübhə ilə yanaşırlar. Bu məqalədə biz "Onlayn mühasibat proqramı" üzərinə işıq salmağa və onda nələrin daha çox olduğunu öyrənməyə çalışacağıq: çatışmazlıqlar, yoxsa üstünlüklər?

Onlayn mühasibat proqramı barədə


Onlayn mühasibat proqramından hələ də hər yerdə istifadə olunmur. Lakin bir çox şirkətlər (o cümlədən məşhur və nəhəng brendlər) artıq tam şəkildə uçotun bu üsulla aparılmasına keçiblər və özü də bundan öz məmnunluqlarını ifadə edirlər.

Digər sahibkarlara mühasibatı internet üzərindən aparmağa mane olan nədir?


İlk növbədə bu, informasiya sızması ola biləcəyi ehtimalından yaranan qorxudur. Maliyyə məlumatları və hesabları – bu, istənilən biznesin əsası hesab olunur. Bir çoxları hələ də həmin məlumatları şəbəkədə yerləşdirməyə çəkinirlər. Əslində burada mütləq şəkildə qorxulası bir şey yoxdur. Onlayn mühasibatın etibarlı servis xidmətləri istənilən maliyyə informasiyalarının oğurluğu və ya itkisindən maksimal şəkildə mühafizə olunurlar. Elektron mühasibat, ənənəvi mühasibat qarşısında daha hansı üstünlüklərə malikdirlər?

Onlayn mühasibat proqramı - üstünlüklər


1. Konkret bir kompüterə bağlılığı yoxdur


Mühasibatlq üzrə məlumatlar hansısa müəyyən yerdə (məsələn, baş mühasibin kompüterində) mühafizə edilir. Məntiqlə siz ona çıxışı yalnız həmin yerdən əldə edə biləcəksiniz. Onlayn mühasibat xidmətindən istifadə etməklə, siz bütün məlumatlara internet qoşulması olan istənilən kompüterdən çıxış əldə edə bilərsiniz. Bu, fəaliyyətinizi əhəmiyyətli dərəcədə asanlaşdırır – siz evdə olduğunuz zaman, məzuniyyətə getdiyiniz yerdə və ya istənilən bir yerdə bəyannamələrə baxa və ya hesablamalar apara bilərsiniz. Login və parolu daxil etmək, bundan ötrü kifayətdir.

Onlayn mühasibat proqramı barədə


2. Bütün standartlar avtomatik şəkildə yenilənir


Mühasibatın aparılması və dövlət orqanlarına hesabatların verilməsi – bu proses kifayət qədər standartlaşdırılıb və siz bunu kefiniz istədiyiniz kimi edə bilməzsiniz. Bütün formaların, bəyannamələrin və digər lazımi sənədlərin dövlət tərəfindən tələb olunan formada olmasına daim nəzarət etmək lazımdır. Əgər siz onlayn mühasibat proqramından istifadə edirsinizsə, bütün bunları etməyə lüzum qalmır. Bütün bu işləri sizin əvəzinizdən onlayn mühasibat proqramı həyata keçirir.

Əgər hesabatların tərtib edilməsi və ya formaların doldurulması ilə bağlı qanunvericilikdə hansısa dəyişikliklər baş veribsə, proqram avtomatik olaraq bu yenilikləri tətbiq edir və bütün sənədləriniz standartlardan kənara çıxmayacaq. Həmçinin, vergi xidmətinə hesabat göndərmək vaxtını da unutmayacaqsınız – xidmət özü əvvəlcədən sizə bununla bağlı xatırlatma edəcək.

II hissəyə nəzər yetirin


Bax: Bulud uçotunun tarixi