Bloq yazıları

Bulud texnologiyaları nədir? (III hissə)

Bulud texnologiyaları nədir, bulud uçotu, hesabat, onlayn mühasibat
Bulud texnologiyaları nədir? (III hissə)

II hissəyə nəzər yetirin


FaaS


Function as a service – funksiya xidmət kimi – proqram məhsullarını hazırlamağa, buraxmağa və onları idarə etməyə imkan verir. Əsas xüsusiyyəti – verilmiş tapşırığın şərtləri yerinə yetirilən anda müəyyən funksiyaları işə salır.

Daha bir fərqləndirici cəhəti odur ki, sizdən aylıq abonent haqqı deyil, istifadə olunan disk məkanının həcminə və aylıq əməliyyatların sayına, yəni, aktiv istifadə müddətinə görə pul çıxılır.

Özəl, ictimai bulud və onların birləşməsi


Buluddan istifadə üsuluna görə aşağıdakı növlər fərqlənir:
  • özəl və ya şəxsi;
  • publik (ictimai);
  • hibrid.

Publik bulud həlli – bu, bir çox şirkətlər və xidmətlər üçün mövcud olan infrastrukturdur. Cloud-hosting öz mahiyyətinə görə, elə publik bulud həllidir.

Şəxsi, özəl bulud həlli öz istifadəçilərinə giriş imkanı verən konkret müəssisə üçün yaradılır və dəstəklənir. Platformanın sahibi ya təşkilatın özü ya da xidmət təchizatçısı olacaqdır.

Hibrid bulud həlli halında isə resursların bir hisssəsi ümumi istifadə üçün, digər hissəsi isə ayrıca götürülmüş sifarişçidən ötrü “bron” edilir.

Bulud texnologiyaları nədir, bulud uçotu, hesabat, onlayn mühasibat

Bulud həllərin üstünlükləri və çatışmazlıqları


Bulud xidməti – bu, həyatı asanlaşdıran və xidmətləri daha əlçatan edən texnologiyalardır.

Bulud texnologiyalarının əsas üstünlükləri:


• istənilən cihazdan şəxsi hesablarla və məlumatlarla işləmək imkanı;
• məlumatları fləşkartda və ya digər daşıyıcıda saxlamaq lazım gəlmir;
• bir neçə istfadəçi eyni zamanda sənədləri və faylları redaktə edə bilər;
• bulud xidmətləri brauzerdə işləyir, ona görə də sizin telefonunuzda, planşet və ya kompüterinizdə hansı əməliyyat sisteminin olduğu heç bir əhəmiyyət daşımır;
• məlumatlar bulud serverində mühafizə olunur – hətta əgər fərdi kompüter və ya telefon sıradan çıxsa belə, siz yenə də məlumatları itirməyəcəksiniz;
• siz proqramın ən yeni versiyasından istifadə edirsiniz: proqramın yenilənməsini təchizatçı özü izləyir;
• böyük həcmdə məlumatları məsafədən göndərmədən bölüşə bilərsiniz, məsələn, sənədlər və ya fotoşəkillər olan qovluğa girişi təqdim edə bilərsiniz;
• proqramlar hazırlamaq və yerləşdirmək üçün güclü bir kompüter almağa ehtiyac yoxdur – bulud həllin imkanlarından istifadə edirsiniz və həm də qənaət edirsiniz;
• proqramlaşdırma və administrasiya sahəsində mahir bilici olmağa zərurət qalmır – bulud həlləri həm təcrübəsi olan adamlar, həm də yenicə işə başlayanlar üçün əlçatandır.

IV hissəyə nəzər yetirin