Bloq yazıları

Bulud texnologiyaları nədir? (II hissə)

Bulud texnologiyaları nədir, bulud uçotu
Bulud texnologiyaları 
I hissəyə nəzər yetirin

Avadanlıqların hər bir vahidi öz-özünə işləyə bilər. Bulud texnologiyaları – bu, bütün elementlərin bütövlükdə, yaxşı saz bir mexanizm kimi işlədiyi vaxtdır. Bulud servis xidmətinin məhz, bu şəkildə işləməsindən ötrü bütün bu prosesləri drijor kimi idarə etmək üçün xüsusi proqram təminatı dəsti lazımdır.

Son istifadəçi artıq hazır məhsulu görür – saytı açmaq və xidmətdən yararlanmaq imkanı: poçtu yoxlamaq, əlavəni telefona yükləmək, layihəni idarə etmək və ya məsafədəki məlumat bazasına giriş əldə etmək.

Bulud imkanları

Xidmətin növləri


Şirkətlər xidmət şəklində biznes və fərdi istifadəçilər üçün bulud xidmətləri təqdim edirlər. Rahatlıq üçün xidmət növlərinin adları qısa – abreviatura şəklində verilir. Onlardan ən geniş yayılanlar bunlardır:

SaaS – "Software as a Service" və ya PT (proqram təminatı) xidmət kimi;
PaaS – "Platform as a Service" və ya xidmət platforması kimi;
IaaS – "Infrastructure as a Service" və ya infrastruktur xidmət kimi;
FaaS – "Function as a service" və ya funksiya xidmət kimi.

Bulud texnologiyaları nədir, bulud uçotu

SaaS


Burada "Software as a Service", sözün həqiqi mənasında – proqran təminatı xidmət kimi gizlədilir. Müştəri bulud infrastrukturunda işləyən proqram təminatı (PT) provayderindən istifadə edir. Özü də bu yanaşmada müştərinin uçot qeydləri yaradılır: poçtda, təhsil kurslarında, dizaynerlər üçün alətlərdə, təqvimdə. Bunun sayəsində proqramlar istənilən qurğudan əlçatandır.

Baxmayaraq ki, SaaS adı altında məhz, proqram məhsulu (proqramın parametrləri) nəzərdə tutulur, bu abreviatura arxasında "Storage-as-a-Service" və ya mühafizə xidməti dayanır. Bulud resursların mühafizə üçün həmçinin "Google Drive", "Dropbox"dan da istifadə edirlər. 


PaaS


"Platform as a Service" – siz proqramlarınızı yerləşdirmək üçün istifadə etdiyiniz əməliyyat sistemi olan kompüter platformasını, kompüter analoqunu əldə edirsiniz.

"PaaS Process as a Service" daha çox Business platforması ilə gedir - mürəkkəb iş proseslərini idarə etmək və avtomatlaşdırmaq üçün bulud mənbələrindən istifadə edilir.

IaaS


"Infrastructure as a Service" – infrastruktur xidmət kimi – sözün həqiqi mənasında lazımi proqramları özünüz quraşdırdığınız bir bulud infrastrukturu əldə etdiyinizi təxmin edir.

"Information as a Service" və ya məlumat xidmət kimi, sürətlə dəyişən bir sıra məlumatlara girişi açır. Bura birja kotirovkalarını, valyuta kurslarını da aid etmək olar.

III hissəyə nəzər yetirin