Onlayn mühasibat proqramıOnlayn və ya masaüstü
Masaüstü kompüterlər üçün proqram təminatı ilə onlayn mühasibat proqramı arasında ən böyük fərq onun harda yerləşməsidir. Masaüstü fərdi kompterlər üçün proqram təminatı sizin masaüstü və ya portativ kompüterlərinizdə işləyir (bunda heç bir sürpriz yoxdur).
Onlayn mühasibat proqramı böyük məlumatları emal edən mərkəzdə yerləşən server adlanan bir çox böyük kompüterlər üzərindən işləyir. İnternet brauzerinizdən istifadə edərək hazırladığınız onlayn proqramı görmək üçün sizin hökmən bir internet bağlantısına ehtiyacınız var.
Bu dəyişiklik praktiki baxımdan böyük əhəmiyyət kəsb edir və istifadəçiləri bir sıra vəzifələrdən azad edir. Ən yaxşı dördlük, budur.Xəbərdar olmaq daha asandır
Masaüstü model: istifadəçi proqram təminatına xidmət üçün məsuliyyət daşıyır. Bu o deməkdir ki, biznes üçün hər hansı bir proqram təminatının yenilənməsi və ya idarə olunması istifadəçi və ya həmkarı tərəfindən yüklənməli və idarə olunmalıdır. Yeniləmə yanlış gedirsə, istifadəçi məlumatları ehtiyat nüsxəsindən bərpa etməli və yenidən buna cəhd etməlidir. Əgər siz öz noutbukunuzda, ev və ya iş yerindəki kompüterinizdən istifadə edirsinizsə, onu hər üç yerdə yeniləməlisiniz.
Onlayn-model: proqram təminatının yenilənməsi üçün məsuliyyəti, proqram təminatını işləyib hazırlayan şirkət daşıyır. Yeniləmələr bir qayda olaraq, istifadəçilərin xəbəri olmadan həyata keçirilir. Bütün istifadəçilər bir anda son versiya üzrə yenilənirlər. (Xəbərdarlıq: masaüstü fərdi kompüterlər üçün proqram təminatından keçid edən müəssisələr, bəzi hallarda elan olunmayan təkmilləşdirmələrin quraşdırılmış proseslərdə dəyişikliklərə mane ola biləcəyini aşkar edə bilərlər).Asanlıqla yan keçmək mümkündür
Masaüstü model: istifadəçi kompüterinin biznes üçün proqram təminatının idarə olunmasından ötrü kifayət qədər güclü olduğundan əmin olmalıdır. Bu, istifadəçini daha mürəkkəb proqram təminatının tələblərinə cavab vermək üçün öz kompüterini müntəzəm olaraq yeniləməyə məcbur edir.
Onlayn-model: poqram təminatını işləyib hazırlayan şirkət, serverlərinin biznes üçün proqram təminatını çalışdırmaqdan ötrü kifayət qədər güclü olduğundan əmin olmalıdır. Bununla da məlumatların emalı mərkəzində əl altında olan çoxlu ehtiyat hesablama güclərindən istifadə etməklə idarə olunması daha asandır. İstifadəçiyə yalnız brauzerin işə salınmasından ötrü kifayət qədər hesablama gücü tələb olunur. Bax, məhz, buna görə mürəkkəb və güclü onlayn mühasibat proqramlarından siz smartfonunuz vasitəsilə istifadə edə bilərsiniz. Əvvəldə qeyd etdiyimiz kimi, bundan ötrü internetə çıxışınız olmalıdır.Bax: Bulud uçotunun tarixi