Bloq yazıları

Onlayn mühasibat proqramı necə işləyir? (II hissə)

Onlayn mühasibat proqramı
Onlayn mühasibat proqramı

I hissəyə nəzər yetirin



Təmin etmək daha asandır


Masaüstü model: istifadəçi mühasibat proqramı təminatı və onun məlumatlarının qorunmasına görə məsuliyyət daşıyır. Bu, ofisin qapılarının bağlanılması, eləcə də ehtiyat proqram təminatının kopyasının çıxarılması kimi fiziki təhlükəsizlik deməkdir. Yerlərdə və ondan kənarda müxtəlif formatlarda tövsiyə olunan və bərpa edilən bu ehtiyat kopyaların işləyəyə biləcəyini yoxlamaqla bağlı müvafiq ehtiyat prosedurlarına az sayda şirkət əməl edir.

Onlayn-model: proqram təminatını işləyib hazırlayan şirkət, proqram təminatının, o cümlədən onun ehtiyat kopyasının bütün təhlükəsizliyini özü təmin edir. Təhlükəsizlik xərclərinin böyük hissəsi, onun daxilindəki bütün serverlər üçün təməl qoruma səviyyəsini təmin edən məlumat mərkəzi ilə paylaşılır. Proqram təminatını işləyib hazırlayan şirkət eyni zamanda bütün istifadəçilərin proqram təminatlarının müntəzəm surətdə ehtiyat nüsxələrini çıxarır və böyük bir uğursuzluq halında məlumatları mümkün qədər tez bərpa edir.

Onlayn mühasibat proqramı

(Xəbərdarlıq: onlayn proqram təminatı üçün qaydalar və şərtlər, məlumatların itirilməsi halında adətən proqram təminatını işləyib hazırlayanlar tərəfindən istifadəçilərə kompensasiyanın ödənilməsini istisna edir. Bəzi istifadəçilər ehtiyat tədbirləri kimi, əsas məlumatları müntəzəm vaxt aralıqları ilə mühasibat uçotu üçün onlayn təminat proqramlarından yükləyirlər)  

Versiyaların sonu


Masaüstü model: istifadəçi faylların və proqram təminatının uyğunluğunun saxlanılması üçün məsuliyyət daşıyır. Məsələn, mühasiblər eyni masaüstü mühasibat proqramının bir neçə versiyasını dəstəkləməlidirlər ki, onlar müştərilər tərəfindən göndərilən faylları aça bilsinlər.

Onlayn-model: onlayn proqram təminatı ilə uyğunluqla bağlı problemi yoxdur, çünki eyni zamanda proqram təminatının yalnız bir versiyası mövcuddur (hər bir ölkə və ya bölgə üçün). İki və ya daha çox insan arasında faylları göndərmək əvəzinə, cari biznes məlumatlarınızı ehtiva edən faylınızla görmək və işləmək üçün başqalarını dəvət edirsiniz.

Onlayn mühasibat proqramı


Yeni iş üsulu


Proqram təminatı dünyası masaüstü kompüterlərdən tədricən onlayna miqrasiya edir. Hər bir proqram şirkəti, "Microsoft"dan başlayaraq daha aşağı hər bir proqram şirkəti masaüstü proqramlardan onlayn proqramlara keçir, bəzi hallarda isə ümumiyyətlə, masaüstü proqramlardan imtina edir.

Niyə? Zaman-zaman bizlər məhsuldarlıqda sıçrayışlara gətirib çıxaran nəhəng texnoloji addımlara gedirik: Yazı çap edən maşını əvəz edən mətn prosessoru, internetin və elektron poçtun icadı, smartfonlar və planşetlərin ixtirası.

Onlayn-proqram təminatı – bu daha bir sıçrayışdır. Bu, internet və mobil hesablamalardan qaynaqlanan növbəti bir performans bumu mərhələsidir.

III hissəyə nəzər yetirin