Bloq yazıları

"Onlayn mühasibat proqramı"nın müsbətləri və mənfiləri (I hissə)

Onlayn mühasibat proqramı
İnternet texnologiyaları həm gündəlik, həm də peşəkar həyata möhkəm şəkildə daxil olub. Mühasibatı aparmaq üçün indi xüsusi proqramlar quraşdırmağa ehtiyac yoxdur, çünki internetdə, onlayn rejimdə bunu etmək mümkündür. Bəs, bu nə qədər rahatdır?


"Onlayn mühasibat proqramı" nədir?



Gələcəyə addım


"Onlayn mühasibat proqramı"nın müsbətləri sanki göz önündədir. Belə xidmət servisləri xərclərin, gəlirlərin uçotunu aparmağa, hesabatları formalaşdırmağa və çap etməyə imkan verir. Onlar çatdırılma müddətini xatırladır, müxtəlif bilgi məlumatlarını təqdim edirlər. Bu bir növ yenilik olduğundan, hələ ki, bu saytların əksəriyyəti test versiyalarıdır. Onlarda işləmək mümkündür, lakin onlar hələ də tamamlanmaqdadır, interfeysi dəyişdirilir, yəni təkmilləşdirilir.

Biz bir neçə mühasibdən internet saytlarda işləməyi xahiş etdik. Kəskin rəqabəti, bəlkə də bu cür xidmətlərin çox olmadığını nəzərə alaraq, məhsulların orijinal adlarını uydurma adlarla əvəz etdik. Amma əgər həqiqətən bu saytlardan istifadə etmək istəyirsinizsə, siz onları “axtarış” sistemi vasitəsilə tapa bilərsiniz.

Onlayn mühasibat proqramı

Öz diqqətimizi yönəltdiyimiz ilk internet-servis "Onlayn mühasibat proqramı" oldu. Bu diqqət sadə və əlçatan olmasından irəli gəlir və yəni, xüsusi bilik və bacarıq olmadan hər kəs ondan istifadə edə bilər.

Layihə Almaniyadakı serverdə yerləşdirilib ki, bu da təhlükəsiz hesab olunur. Lakin əgər hətta dələduzlar onu sındırsalar və bazaya giriş əldə etsələr belə, onu deşifrə edə bilməzlər. Belə ki, servisi layihənin cari kodları olmadan açmaq mümkün deyil. Cari kodlar isə öz növbəsində şifrələnmiş məlumat bazasında saxlanılır.

Cazibədar səslənir, amma hər şey necə olacaq? Biz reklam şirkətinin mühasibindən saytda qeydiyyatdan keçməyi və onun imkanlarını sınaqdan keçirməyi xahiş etdik. Baxın, o, nə dedi. “Biz “sadələşdirilmiş” variantda işləyirik, ona görə bu xidmət bizə çox uyğun gələ bilər. Əksər hallarda bu, ona yönəlir. Baxmayaraq ki, mən intenetdəki bu layihələrə elə də etibar etmirəm – bütün hallarda mən onu sınaqdan keçirdim. Həqiqətən, çox rahatdır.


Onlayn mühasibat proqramı

Məlumatların təhlükəsizliyi ilə bağlı nəsə deyə bilmərəm. Belə ki, məsələnin bu tərəfi ilə tanış olmaq üçün bir neçə ay işləmək lazımdır. Lakin gündəlik iş üçün çox rahatdır. Burada çoxlu müxtəlif xatırlatmalar var, hüquqşunaslara və mühasiblərə suallar vermək mümkündür, hesabları, onlara aid xülasələri, mühasibat sənədlərini, hesabatları hazırlamaq olur. Amma məni kompüterimdəki bizim peşəkar sistem qane edir və mən təklif olunan resurslara keçmək istəməzdim. Eləcə də bir qayda olaraq, onlar yalnız ilk həftələrdə pulsuz olur, sonra onsuz da ödəniş etmək lazım gələcək”.

Bəli, belə saytlar bir qayda olaraq öz xidmətləri üçün pul alırlar, baxmayaraq ki, bu çox vaxt simvolik bir məbləğ olur. Amma, bütün hallarda onlara qarşı bir inamsızlıq var və bu da başadüşüləndir.

Bəs kim cavab verəcək?


Mühasibatın real vaxt rejimində aparılması imkanını sahibkarlar üçün uyğun gələn “İnternet-mühasibat” elektron servisi də təqdim edir.

Poliqrafiya şirkətinin mühasibi nəql edir: “Onlayn-servislər ola bilsin ki, yaxşı şeydir, amma, məni daim internetdən asılı olmaq narahat edir. Ola bilsin ki, kimlərsə həyatlarını bunsuz təsəvvür edə bilmir, lakin, bizim iş yerində internetlə bağlı çox vaxt problemlər yaşanır. Belə olduğu halda işləri necə aparmaq olar? Ola bilsin ki, mən çox mühafizəkaram, buna baxmayaraq, daha sınanılmış üsulların tərəfdarıyam. İnternet üzərindən mən yalnız vergi hesabatlarını göndərirəm”.

Onlayn mühasibat proqramı

O, hər iki xidməti sınaqdan keçirib və öz təəssüratlarını bizimlə bölüşür: “Hər bir məhsulun öz güclü və zəif tərəfləri var. Məsələn, "Onlayn mühasibat proqramı" bir neçə dəfə donub qalmışdı, həmçinin qeydiyyat zamanı da problem yaranmışdı. “İnternet-mühasibat”a gəldikdə, bu daha sadədir, belə ki, test versiyasını sınaqdan keçirmək üçün qeydiyyata düşmək məcburi deyil. Xidmət dəstləri hər iki servisdə demək olar ki, eynidir. Həmçinin qeyd etməlyəm ki, “İntenet-mühasibat” sosial şəbəkələrə aid istinadlar verir, hansı ki, orada xidmətin dəyərləndirilməsi ilə bağlı söhbətləşmək, eləcə də mühasibata dair suallar da vermək olur. Beş il bundan əvvəl belə bir şeyi təsəvvür etmək olardımı?

Lakin bütün hallarda mən mühasibatın internet üzərindən aparılmasına elə də etibar etmirəm. Birdən, qəfildən servis xidməti yoxa çıxarsa, onda necə olacaq? Axı, bu qlobal bir tordur – hər şey ola bilər! Buna görə kim cavab verəcək? Təəssüflər olsun ki, heç kim. Bizim məlumat bazamızı satış sistem administratoru çıxaracaq? Mən sonra kimi məhkəməyə verə biləcəyəm?”

Bəli, bu cür problemlərdən heç kim sığortalanmayıb və onlayn xidmətlərin inkişaf etdiriciləri hər cəhətdən öz məhsullarının müstəsna etibarlılığından danışırlar. Baxmayaraq ki, heç kim yüz faiz zəmanət verə bilməz. Xidmətlər “https” bağlantısı üzrə parol girişi təklif edir. Hər şey ödəniş sistemlərində olduğu kimi eyni prinsiplə qorunur.

II hissəyə nəzər yetirin