Bloq yazıları

"Onlayn mühasibat proqramı"nın müsbətləri və mənfiləri (II hissə)

Onlayn mühasibat proqramı
İnternet texnologiyaları həm gündəlik, həm də peşəkar həyata möhkəm şəkildə daxil olub. Mühasibatı aparmaq üçün indi xüsusi proqramlar quraşdırmağa ehtiyac yoxdur, çünki internetdə, onlayn rejimdə bunu etmək mümkündür. Bəs, bu nə qədər rahatdır?

I hissəyə nəzər yetirin


Yeni ideyalar


Onlayn xidmətlərin yaradıcıları hər cəhətdən öz məhsullarının müstəsna etibarlılığı barədə danışsalar da, heç kim buna yüz faiz zəmanət verə bilməz.

Hazırda daha çox saytlar ortaya çıxır ki, onlar mühasibatlığın tam şəkildə aparılmasını deyil, belə desək, hesabların ödənilməsini həyata keçirir. Pulsuz versiyadan da istifadə oluna bilər. Lakin bu zaman müştərilərin sayı ciddi şəkildə məhdudlaşdırılır. Bəzi xidmətlər bank kartlarından və müxtəlif internet-sistemlərindən ödənişləri almağa imkan verir. Onlar bir-biri ilə rəqabət aparır, müştəriləri rahat bir interfeys və maksimum xidmət dəstinə cəlb etməyə çalışırlar. Bəs mühasiblər onlardan istifadə edirlərmi?

Kiçik hüquq şirkətlərindən birinin mühasibi nəql edir: “Mən öz peşəmlə bağlı zamanla ayaqlaşmağa çalışıram, o səbəbdən bu sahədə olan yenilikləri diqqətlə izləyirəm – bu həm də olduqca maraqlıdır! “Onlayn mühasibat proqramı” və “İnternet mühasibatı” böyük zövqlə sınaqdan keçirmişəm. Ola bilsin ki, onlarla işləməyə mən hələ hazır deyiləm, amma, onları sınaqdan çıxarmaq mənə çox maraqlı gəldi. Hər iki proqram olduqca rahatdır, baxmayaraq ki, buna vərdiş etmək üçün müəyyən vaxt lazım gəlir.



Etibar etməyə dəyərmi?


Turizm şirkətinin mühasibi bildirib. “Həm “Onlayn mühasibat proqramı”, həm də “İnternet-mühasibatlıq” olduqca rahatdır. Lakin stasionar proqramları onlar çətin ki, əvəz edə bilsinlər. Çox yəqin ki, onlar daha çox fərdi sahibkarlar üçün uyğun gələ bilər. Onlarda çox şeylər düzəldilməlidir, hələ ki, həmin proqramlar bir qədər xammal şəklindədir. Amma onların gələcəyi olduğuna əminəm!”

Həqiqətən, proqramlar daim inkişaf etdirilir. Əgər başlanğıcda onlar “sadələşdirilmiş” iş rejimində işləyənlərə uyğun gəlirdisə, indi “İnternet-mühasibatlıq”dan öz işlərində 15 faizlik vergi dərəcəsini tətbiq edən sahibkarlar da istifadə edə bilirlər. İnterfeyslər yaxşılaşır, əlavə funksiyalar ortalığa çıxır.

“Məni daha çox bütün məlumatların onlayn-rejimdə mühafizə olunması narahat edir. Başa düşürəm ki, bu işdə mütləq təhlükəsizlik yoxdur (və ofisdəki kompüterlə də hər bir hadisə baş verə bilər); lakin mütəxəssisə ruhən daha rahatdır və həmin məlumatların harada olduğunu daha asan müəyyən edir: yalnız kompüterə yüklə - və heç bir İnternetə gərək yoxdur”.

Statistikaya görə, uçot işçilərinin bir çoxu yeni şəbəkə xidmətlərinə cəld reaksiya verir, onları məmnuniyyətlə sınaqdan keçirirlər; amma çox vaxt məsələ bundan irəli getmir. Bir çoxlarına bütün məlumatların İnternetdə olduğunu təsəvvür etmək, onların mühafizəsi və təhlükəsizliyi baxımından çox çətindir.



“Əvvəllər mən hesabatların elektron poçtla göndərilməsinə böyü şübhə ilə yanaşırdım. Bilirəm ki, mənim bir çox həmkarlarım hələ də vergi müfəttişliyində növbəyə düzülürlər. Mən isə tam şəkildə “elektron” varianta keçdim – bu həqiqətən də çox rahatdır! Lakin, o da faktdır ki, mən özüm də lap əvvəldə uzun müddət bundan çox qorxurdum: birdən hesabat çatmasa necə olacaq? Birdən təsadüfən göndərdiyim hesabat silinirsə, necə olacaq? Axı, hər şey ola bilər – mən özüm də ondan elə də yaxşı baş çıxarmırdım. Yəni, kağız, kağızdır, elektron fayl isə mənim üçün – heç nədir. Bilirsiniz, sonra mən buna vərdiş etdim – çoxlu vaxtıma və əsəblərimə qənaət olunurdu. İndi isə həmin qorxular məndən çox uzaqdadır və onları heç xatırlamıram da. Ola bilsin ki, nə vaxtsa onlayn texnologiyalara, internet mühasibatlığa keçəcəyik və bizlər bundan çox razı qalacağıq. Ola bilsin ki, heç ofisə də getmək lazım gəlməyəcək – bütün iş elə şəbəkə informasiya məkanında cəmlənəcək! Amma, hələ ki, bunu təsəvvür etmək mənə çox çətindir”.

Mühasibat – bu çox asandır!


Bu xidmətlərin yaradıcıları mühasibat uçotunun aparılmasının çox çətin və yalnız mütəxəssislər üçün əlverişli bir məsələ olduğuna dair bir mifi məhv etməyə çalışırlar. Onlar öz saytlarını o qədər sadə etməyə çalışırlar ki, mühasibatda o qədər də məlumatlı olmayan rəhbərlər və ya insanlar onlardan istifadə edə bilsinlər, hərçənd uçot işçiləri çox vaxt bu ideyaya şübhə ilə yanaşırlar. Qoy həmin xidmətlərin yaradıcılarının özləri dövriyyəsi kiçik olan hansı fərdi sahibkarlara istinad etdiklərini bildirsinlər. Amma mühasiblərə gəldikdə, məhz, bütün hallarda onlar incikdirlər. Belə çıxır ki, maşın, proqram və internet nə vaxtsa canlı mühasibi əvəz edəcək?

Bu heç vaxt olmayacaq. “Proqramlar və yeniliklər - bunlar yaxşıdır. Bundan əvvəl də söylədiyim kimi mən bunların “lehinəyəm” və hər bir yeniliyi öyrənməyə hazıram. Lakin, canlı mühasibsiz heç vaxt keçinmək mümkün olmayacaq! Bu işdə bir çox məqamlar var! Kim əmin ola bilər ki, proqram zamanında yenilənəcək və ya şəbəkədə verilən tövsiyələr yüz faiz səhihdir?”

Nə olursa-olsun, bunu istəyib-istəməmizdən asılı olmayaraq, yeni texnologiyalar həyatımıza gəlir. Bizə isə özümüz üçün ən yaxşı iş üsulu seçmək qalır ki, bu da çətinlik törətməyəcək, əksinə sevinc gətirəcək.