Bloq yazıları

Onlayn mühasibat proqramı təminatı nədir? (I hissə)

Onlayn mühasibat proqramı təminatı
Onlayn mühasibat proqramı təminatı

Onlayn mühasibat proqramı bir məqsəd daşıyır: müəssisə sahiblərinə xərcləri və satışları izləməyə və işini asanlaşdırmağa kömək etmək. Bir biznes gəlir və xərclərini nə qədər yaxşı izləyə bilsə, mənfəəti artırmaq üçün bu iki dəyişənə nəzarət etmək ehtimalı bir o qədər yüksək olacaqdır.


Niyə mühasibat proqramı təminatı elektron cədvəllərdən daha yaxşıdır?

“Əgər mühasibat uçotu – bu, bir sütunda xərclərin və digər sütunda satışların izlənilməsidirsə, onda mən niyə cədvəldən yapışmalı deyiləm ki?”

Onlayn mühasibat uçotuna baxmazdan əvvəl mühasibat təminat proqramının bir çox müəssisənin etibarlı mühasibat alətindən - elektron cədvəllərdən üstünlüyünü nəzərə almağa dəyər.


Qısa cavab ondan ibarətdir ki, biznes artdıqca xərclərin sayı və növləri (bəzən gəlirlər də) artır. Fərdi sahibkar işçi heyətini artırır və əməkhaqqı vergisini ödəməyə, vergi tutulmasına, kompüterlər, ofis kresloları və digər avadanlıqlar almağa, digər əyalətlərdə və ya ölkələrdə satış vergisi və ya rüsumları ödəməyə başlayır.


Xərclər sütununda qeydlər nə qədər çox olursa, sizin ən böyük xərclərinizi görmək, bir o qədər mürəkkəbləşir. Nəzarət olunmayan xərclər isə biznesin ən başlıca qatilidir.

Elektron cədvəllər mürəkkəbləşdikcə, müəssisə sahibinin onları yeniləməyə daha çox vaxt sərf etməsi lazım gəlir. Məsələn, qəbzləri bir cədvələ sətir-sətir daxil etmək bir neçə saat çəkə bilər. “Microsoft Word”dən faktura məlumatlarını kopyalamaq və ya “Excel”də bank əməliyyatlarını daxil etmək də onun kimi. Hər üç proses də onlayn mühasibat proqramından istifadə olunmaqla avtomatlaşdırıla bilər.



İtirilən vaxt – bu, aysberqin görünən hissəsidir. Məlumatların əllə daxil edilməsi də səhvlərdən sığortalanmayıb. Əl ilə və ya avtomatik olaraq əlavə olunmasından asılı olmayaraq, bütün məlumatlar yoxlanılmalıdır – avtomatlaşdırılmış sistemdə səhvlərin olması ehtimalı çox azdır.

Mühasibat uçotu üçün proqram təminatına keçidin daha bir mühüm səbəbi – vergi müfəttişliyinə məlumat göndərərkən narahatlığı azaltmaqdır. Mühasibat uçotu üçün proqram təminatı bir müəssisənin nə qədər vergi ödəməli olduğunu avtomatik olaraq hesablayır, əməkhaqqı, pensiya və ya pensiya müavinətləri üçün vergi formalarını elektron qaydada təqdim edə bilir.

Biznes sahibi üçün ən böyük zərər – bu, sizin biznesiniz daxilində baş verənləri anlamaqla bağlıdır. Mövsümi fərqləri müəyyən etmək üçün bir neçə il ərzində satışların müqayisəsi kimi kommersiya cəhətdən faydalı məlumatları tapmaq çətindir və ya əvvəlki ilə müqayisədə bu il müəyyən bir məhsul üçün ən yaxşı müştərilərin axtarışı.


II hissəyə nəzər yetirin