Bloq yazıları

Onlayn mühasibat proqramı təminatı nədir? (II hissə)

Onlayn mühasibat proqramı təminatı

I hissəyə nəzər yetirin


Onlayn mühasibat proqramı bir məqsəd daşıyır: müəssisə sahiblərinə xərcləri və satışları izləməyə və işini asanlaşdırmağa kömək etmək. Bir biznes gəlir və xərclərini nə qədər yaxşı izləyə bilsə, mənfəəti artırmaq üçün bu iki dəyişənə nəzarət etmək ehtimalı bir o qədər yüksək olacaqdır.


Baxmayaraq ki, bu vəzifələr elektron cədvəllər vasitəsilə həll edilə bilər, onlayn mühasibat təminat proqramları cavabları sizə bir neçə saniyə ərzində və çox vaxt da mühasibin iştirakı olmadan göstərə bilər. Mühasiblər bu hesabatları biznesinizi böyütmək üçün hərəkətlərə çevirməyə kömək edə bilərlər, mühasibat təminat proqramları isə bu cür ekspertlərlə işləri əhəmiyyətli şəkildə sadələşdirir.

Onlayn mühasibat proqramı təminatı

Mühasibat proqram təminatı biznesin səmərəliliyini dolayı yolla da artıra bilər. Məsələn, onları çox asanlıqla (və çox vaxt pulsuz) bir çox digər biznes proqramlarına qoşmaq mümkündür. Mühasibat proqramınızdan müştərilərin siyahısını ala bilərsiniz və onlara xüsusi bir təkilif və ya elektron marketinq əlavə vasitəsilə öz şirkətinizin informasiya bülletenini göndərə bilərsiniz.

Yaxud onlayn mağazanızdakı malları satın alan müştərilərin məlumatlarını mühasibat proqramınıza köçürə bilərsiniz. Belə ki, fakturaları ödənişlərlə müqayisə edə bilərsiniz.
Excel-dən istifadə etməklə qənaət etdiyiniz pullar sizə çox baha başa gələ bilər. Siz maliyyə hesabatlarında olan kommersiya sirlərini, eləcə də onlayn proqram təminatının səmərəliliyinin və məhsuldarlığının faydalarını qaçırırsınız.

Onlayn mühasibat proqramı təminatı


Mühasibat proqram təminatının üstünlüyü

Hansısa bir mənada mühasibat proqramı daha gözəl bir interfeys ilə kompleks bir elektron cədvəldir. Onun iki əsas funksiyası vardır – maliyyə məlumatlarının qeydi və onların öyrənilməsindən ötrü hesabatların hazırlanması.


İndi isə sizin biznesdə izləməli olduğunuz məlumat növlərinə diqqət yetirək.

Satış fakturaları

Sənə kim borcludur? Onlar ödəniş ediblərmi? Ötən illə müqayisədə bu il onlar sizə nə qədər ödəniş ediblər? Bu suallara yalnız müştərilərinizə göndərdiyiniz hesabları qeyd edərək cavab verə bilərsiniz.

Faktura hesablarında olan məlumatlar kommersiya yaşamı üçün vacibdir. Əgər siz ödənişlə bağlı öz müştərilərinizə nə vaxt müraciət etdiyinizi bilmirsinizsə, sizin və biznesinizin pulları tükənə bilər. Bir çox müəssisələr məhz, öz pul axınlarını idarə edə bilmədiklərinə görə uğursuzluğa düçar olurlar.


III hissəyə nəzər yetirin