Bloq yazıları

Bulud texnologiyaları nədir? (I hissə)

Bulud texnologiyaları, bulud uçotu,
Bulud texnologiyaları

Biz hər gün bulud texnologiyalarından istifadə edirik və “mən məlumatları buludda saxlayıram” ifadəsinin özü artıq çox az adamı çaşqınlığa salır. Buna baxmayaraq, konsepsiyanın özü bulanıq və mücərrəd olaraq qalır.

Bu məqalədə, bulud hesablamalarının arxasında nə dayandığını, buludun necə işlədiyini, hansı imkanları verdiyini anlayacağıq və texnologiyanın çatışmazlıqları və perspektivləri haqqında danışacağıq.

Bulud texnologiyaları

Bulud texnologiyaları nədir?


Əgər texniki tərəfdən yanaşsaq, bulud texnologiyaları fiziki və proqram vasitələrinin təşkil edilməsi üsuludur, həmçinin, qarşıda duran vəzifələri yerinə yetirmək üçün alətlər toplusudur ki, onların köməyi ilə istifadəçi hesablama gücünü əldə edir.

Bulud hesablaması – bu, istifadəçinin xidmət olaraq əldə etdiyi və onunla məsafədən işləyə bildiyi bir resursdur. Bu o deməkdir ki, hesablamaları aparmaq və məlumatları emal etmək üçün öz kompüterinizin gücündən deyil, kənar tərəfin gücündən istifadə edirsiniz. Məsələn, bulud xidmətləri bunlardır:
 Poçt: gmail, hotmail;
Sənədlərlə məsafədən işləmək: Google-sənədlər, Office Web Apps;
 Məlumatların mühafizəsi: Google Drive, OneDrive, Dropbox;
 Real zaman rejimində təsvirin redaktəsi: Figma;
Qeydlərin yaradılması üçün xidmətlər, tapşırıqlar üzərində birgə işlər: Trello, Jira, Evernote;
Əlavələrin onlayn mağazası: Google Play, App Store və Microsoft Store;
 Bulud hostinq – saytınızın “buludda” yerləşdirilməsi.

Sadalanan xidmətlərin adi istifadəçilər və biznesdən ötrü bulud həlləri üçün xidmətlər dəsti var. Birinci halda, siz gündəlik vəzifələri həll etmək üçün kifayət edəcək qədər minimum funksiyalar dəsti əldə edirsiniz. Müəssisənin işləməsindən ötrü biznes üçün bulud xidməti lazım gəlir, çünki orada funksiyalar daha genişdir.

Bulud texnologiyaları

Bulud texnologiyaları necə işləyir?


Buludun hansısa mücərrəd bir şey kimi təmsil olunmasına baxmayaraq, onun arxasında olduqca konkret “dəmir” dəsti, proqram təminatı və öz arxitekturası dayanır.

Bulud həlləri server və şəbəkə avadanlıqları əsasında qurulur. Avadanlıq proqram həlli ilə birləşdirilir və onda xidmətin idarə olunması üçün istifadəçi interfeysi vardır.

Bulud texnologiyasının necə işlədiyini başa düşmək üçün, informasiyaların mühafizəsi və emalı üçün böyük yaddaşa malik güclü kompüterlər və disklər olan xüsusi şkaflarda serverlərin yerləşdiyi sərin bir otaq təsəvvür edin. İstifadəçinin həmin kompüterlərə giriş əldə etməsindən ötrü onlarda şəbəkə avadanlığı – svitçlər, routerlər, kommutatorlar quraşdırılıb.

II hissəyə nəzər yetirin